Sen
2023
14:52
14
58
1359
Virtual karabakh

Belçika millisinin baş məşqçisi: “Həmişəkindən daha çox gərginəm” - FOTO

8 Sen, 2023
14:52
1359

Belçika millisinin baş məşqçisi: “Həmişəkindən daha çox gərginəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah meydanda çox enerji sərf etməliyik”.

Oxu.Az xəbər verir ki, bu sözləri Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis sabahkı oyunun asan olmayacağını deyib:

“Həmişəkindən daha gərginəm. İndidən Avropa çempionatına vəsiqə qazandığımızı deyirlər. Amma bu, mənim üslubum deyil. Rəqib İsveçə 0:5 uduzub. Amma onlar həmin matçda ilk hissədə topa daha çox sahib idilər. İlk qolu vursaydılar, fərqli olardı. Sabah da Azərbaycan hesabı açsa, başqa oyun olacaq. Azərbaycan millisinin çox yaxşı futbolçuları var. Sol cinah oyunçusunu qeyd etməliyəm. Ramil Şeydayev istənilən klubda oynaya bilər. Oyuna yanaşma çox önəmlidir”.

D.Tedesko zədəli Kevin De Bruyneni komanda şəklində əvəz etməyə çalışdıracaqlarını söyləyib:

“De Bruyneni əvəz etmək mümkün deyil. Onun yoxluğu “Mançester Siti”də də hiss olunur. Komanda olaraq onun yoxluğunu kompensasiya etməyə çalışacağıq”.

Baş məşqçi meydançanın durumu barədə danışıb:

“Şərtləri olduğu kimi qəbul etməliyik. Burada hər şeyi gördük. Komanda daxilində bir dəqiqəlik söhbətimiz oldu. Bu məsələni qaldırdıq və qaldıran kimi də bağladıq”.

Çalışdırıcı komandanın hücumçusu Romelu Lukakunun meydana çıxmağa hazır olduğunu əlavə edib:

“Hələ ki, 90 dəqiqə oynamaq onun üçün tezdir”.

Daha çox foto burada: PhotoStock.az

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri