AFFA-nın təşkilatçılığı ilə Hakimlər Komitəsi idman jurnalistləri üçün seminar keçirib.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan seminarda komitə sədri Barış Şimşek və köməkçi hakim təlimatçısı Tarık Onqum tərəfindən oyun qaydalarına edilmiş dəyişikliklər barədə məlumat verilib, ən son yeniliklər media nümayəndələrinin diqqətinə çatdırılıb.
İdman jurnalistləri VAR otağında AFFA VAR Mərkəzinin iş rejimi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Seminar çərçivəsində media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
View this post on Instagram
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycanda stadionların ot örtüyü niyə pis vəziyyətdədir? - Foto
- Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti açıqlandı - Siyahı
- FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
- "Kəpəz" qələbəni əldən verdi: "Zirə"dən son dəqiqə qolu - Video
- "Sabah" səfərdə "Qəbələ"yə qalib gəldi
Digər xəbərlər