Noy
2023
20:52
291
12
4642
Virtual karabakh

Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas edib - VİDEO

5 Noy, 2023
20:52
4642

Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunda növbəti qolunu vurub.

Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə “Varazdin”ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.

75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+4-cü dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm “Dinamo”da beşinci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri