Dek
2023
01:04
35
130
1850
Virtual karabakh

Hacı Hacıyev: “Rusiya millisinin keçmiş baş məşqçisi Azərbaycan yığmasına gələ bilər”

2 Dek, 2023
01:04
1850

Hacı Hacıyev: “Rusiya millisinin keçmiş baş məşqçisi Azərbaycan yığmasına gələ bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasına gələ bilər.

APA xəbər verir ki, bu barədə Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev məlumat verib.

O, Stanislav Çerçesovun Azərbaycan milli komandasına baş məşqçi təyin oluna biləcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib.

“Çerçesov bu yaxınlarda qoşulacağı komandada ambisiya və məqsədlərin onun üçün önəmli olduğunu bildirib. Azərbaycan millisinin ambisiyaları var. Əsas odur ki, Çerçesov ora gedəcəkmi? Bəlkə də maraqlanmır. Amma maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə edə bilir. Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər, bunun üçün ilkin şərtlər var”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri