Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən bahalı futbolçuları açıqlandı
Dünyanın ən bahalı 100 futbolçusunun adları bəlli olub.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) yeni siyahını açıqlayıb.
CIES-in versiyasına əsasən, İspaniyanın “Real” klubunda çıxış edən ingiltərəli Cud Bellinqem ilk pillədə qərarlaşıb.
20 yaşlı oyunçunun dəyəri 267,5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi “Mançester Siti”dən norveçli Erlinq Holand (251,2 milyon avro) ikinci, Bellinqemin komanda yoldaşı, braziliyalı Vinisius Junior (250,3 milyon avro) üçüncü olub.
“Real”dan Rodriqo (247,9 milyon avro), İngiltərənin “Arsenal” klubundan Bukayo Saka (223 milyon avro), “Mançester Siti”dən Fil Foden (195,8 milyon avro), İspaniya çempionu “Barselona”dan Qavi (175,4 milyon avro), “Mançester Siti”dən Xulian Alvares (164,7 milyon avro), Almaniyanın “Bavariya” komandasından Camal Musiala (152,4 milyon avro) və “Arsenal”dan Martin Edeqor (150,6 milyon avro) ilk onluğu tamamlayıblar.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada narkotik böhranı: Qeyri-qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür