Fev
2024
19:28
47
9
1166
Virtual karabakh

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

8 Fev, 2024
19:28
1166

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub.

Oxu.Az-ın məlumatına görə, qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (dördüncü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.

“Zirə”nin yarımfinaldakı rəqibi “Qəbələ” - “Araz-Naxçıvan” cütünün qalibi olacaq. Komandalar sabah cavab görüşünə çıxacaqlar. “Dalğa Arena”da gerçəkləşən ilk matçda 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin ikisində və 23-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri