23 
Apr
2024
19:12
72
11
894
Virtual karabakh

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb - YENİLƏNİB + FOTO

23 Apr, 2024
19:12
894

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, qızıl medalları komandalara Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartveşvili təqdim ediblər.

Ç.Hüseynzadə qadın voleybolçuların Yüksək Liqasında möhtəşəm oyun münasibətilə “Azərreyl” və “Abşeron” komandalarını təbrik edib. O, Azərbaycan voleybolunun yüksək səviyyədə inkişaf etdiyini bildirib.

AVF-nin prezidenti Şahin Bağırov hər iki kollektivə gələcək oyunlarda uğurlar arzulayıb. O, möhtəşəm dəstək üçün azarkeşlərə təşəkkürünü bildirib. Federasiya prezidenti bölgələrdə də voleybolun inkişaf etdiyini diqqətə çatdırıb.

Həm kişi, həm də qadın voleybolçuların Yüksək Liqasında qalib olan “Azərreyl”in hər iki komandasına çempionluq kuboku və qızıl medallar təqdim olunub.

Kişi voleybolçular arasında gümüş medallar “Murov Az Terminal”a, bürünc mükafatlar isə “Neftçi” komandasına verilib.

Qadınların yarışında isə “Abşeron” ikinci, “Murov Az Terminal” üçüncü yerin sahibi olaraq mükafatlandırılıb.

18:24

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, Bakı İdman Sarayında baş tutan final matçında “Azərreyl” və “Abşeron” kollektivləri üz-üzə gəlib.

İlk set 25:13 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb. “Abşeron” ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri