Red Bull Car Park Drift

"Red Bull Car Park Drift" teqi üzrə xəbərlər

Red Bull Car Park Drift” dəli bir yarışdır! Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, driftinq məharətləri sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi adlandırılan tapşırıqları yerinə yetirməkdən ibarətdir. İştirakçılar münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışırlar.

Azərbaycan Avtomobil Federasiyası (AAF), "Red Bull" şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq və özünəməxsus sərt qaydalarla zəngin olan "Red Bull Car Park Drift" yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını qalib elan edəcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, Omanda 25 ölkənin qatılacağı "Red Bull Car Park Drift"in dünya finalında Azərbaycanı təmsil edəcək.