11 
İyn
2018
12:18
322
25
7874
Virtual karabakh

Azərbaycan silah aldığı ölkələrin sayını artırmalıdır - RƏY

11 İyn, 2018
12:18
7874

Azərbaycan silah aldığı ölkələrin sayını artırmalıdır - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana müasir silahlar lazım olacaq. Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləmək məcburiyyətindədir. 

Bu sözləri Oxu.Az-a açıqlamasında azərbaycanlı pilotoloq Elxan Şahinoğlu deyib. 

“Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarus Azərbaycanın silah aldığı ölkələrdir. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır. Digər tərəfdən, Azərbaycanda istehsal olunan silahların da öz ölkələrinə satılmasında maraqlıdırlar. Ancaq burada bir neçə faktor var ki, hərbi əməkdaşlığa bəzən mane olur”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illərdə Rusiyadan milyardlarla dollar dəyərində silah və hərbi texnika alıb:

“Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır. Eyni tələblər İsrailin hərbi texnikası üçün də keçərlidir. Yəni silahlar işlək vəziyyətdə olmalıdır və silahların hissələri daima Azərbaycana gətirilməlidir. İsrailin Azərbaycana silah satışında məhdudiyyəti yoxdur”, - Şahinoğlu deyib.

O qeyd edib ki, son illər Azərbaycanla Ukrayna arasında da hərbi əməkdaşlıq inkişaf edir:

“Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukraynada istehsal olunan hərbi texnikanın böyük hissəsi daxili tələbat üçün istifadə olunur. Ona görə hələlik Ukrayna xarici ölkələrə çox silah sata bilmir. Buna baxmayaraq, Ukrayna Azərbaycanın maraq göstərdiyi silah növlərinin alışına da “yox” demir”. 

Elxan Şahinoğlu deyib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. 

“Son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb. Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu, Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir”, - ekspert bildirib. 

O, Azərbaycanın Çexiyada istehsal olunan silahlara maraq göstərdiyini qeyd edib:

“Doğrudur, Çexiya Avropa İttifaqı və NATO ölkəsidir. Avropada düşünürlər ki, onların satdığı silahlardan Azərbaycan və Ermənistan bir-birlərinə qarşı istifadə edəcəklər. Buna görə də Cənubi Qafqaz ölkələrinə silah satmaq istəmirlər. Ancaq bu qərar Avropa üçün faydalı deyil. Çünki Azərbaycan Avropadan ala bilmədiyi silahları başqa ölkələrdən alacaq və bütün gəlir həmin ölkəyə çatacaq”.

Politoloqun deyib ki, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı özünün tərəfdaşı sayır və hər iki ölkəyə silah satır:

“İsrail isə yalnız Azərbaycana satır. Əlbəttə, bu, Ermənistan hakimiyyətinin xoşuna gəlmir. Çünki Ermənistan kasıb ölkədir və böyük həcmdə silah ala bilmir. Azərbaycan isə silahlanmaya milyardlarla dollar xərcləyir. 

Əgər Avropa dövlətləri Azərbaycana lazımi miqdarda silah satsalar, Azərbaycan silah və hərbi texnikanın alınmasında Rusiyadan asılı olmaz. Bu, Avropanın da xeyrinədir. Rusiya Azərbaycanın Ukrayna, Türkiyə, Belarus kimi ölkələrdən silah almasını istəmir. Rusiya müxtəlif vasitələrlə buna mane olmağa çalışır. Ancaq Azərbaycanın tamamilə Rusiyadan asılı olması da Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Silah və hərbi texnika alışı diversifikasiya olunmalıdır”.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri