Almaniyanın Ədliyyə nazirliyi Yeni il ərəfəsində Kelndə seksual hücumlarda və qarətlərdə təqsirkar bilinən mühacirlərin ölkədən mümkün deportasiyası barədə xəbərdarlıq edib. Bu barədə nazirliyin rəhbəri Hayko Maas bildirib, CNN məlumat yayıb.
“Qanun hətta insana sığınacaq verilməsi proseduru ərzində belə deportasiya edilməsinə icazə verir: əgər o, məhkəmə tərəfindən bir ildən artıq müddətə azadlıqdan məhrum edilibsə.
Seksual cinayətlər zamanı bu, mümkündür”, - nazir izah edib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Keln polisinin nümayəndəsi Stefani Bekker bildirib ki, polis kütləvi hücum ilə əlaqəli 120 şikayət ərizəsi alıb, o cümlədən də iki zorlama barədə ərizə daxil olub.
Onun sözlərinə görə, bu cinayətlərə aidiyyatı olan 16 şübhəli müəyyənləşdirilib, amma onlardan heç biri saxlanılmayıb.
Asayiş keşikçiləri şübhəlilər arasında mühacirlərin olub-olmamasını dəqiqləşdirməyiblər.
Bununla yanaşı nazirlik nümayəndəsi köçkünlərin ümumi şəkildə ittiham edilməsinin yolverilməz olduğunu bildirib, CNN məlumat yayıb.
RİA Novosti öz növbəsində şəhərin polis rəisi Volfanq Alberesa istinadən Yeni il gecəsi “Afrika və ərəb görünüşlü” kişilər tərəfindən seksual təcavüzə məruz qalmalarına dair 90-a yaxın qadının şikayət ərizələri vermələri barədə məlumat yayıb.
Rəylər