Fev
2018
11:19
186
32
6360
Virtual karabakh

Fransanın Afrin bəyanatı Ankaranı hiddətləndirdi

8 Fev, 2018
11:19
6360

Fransanın Afrin bəyanatı Ankaranı hiddətləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara bundan sonra da özünümüdafiə hüququndan istifadə etməkdə qətiyyətlidir.

Oxu.Az xəbəri verir ki, bu bəyanatı Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy fransalı ali diplomat Jan-İv Le Drianın “Zeytun Budağı” əməliyyatı haqqında dediklərini şərh edərkən səsləndirib.

Fransalı nazir Suriyanın Afrin bölgəsində aparılan əməliyyatın beynəlxalq normalara zidd olduğunu bildirib.

Türkiyəli diplomatın sözlərinə görə, Ankara öz müttəfiqlərindən Afrində təşəkkül tapan terrorçu qruplaşmalarla bağlı dəqiq mövqe gözləyir və Suriyada istənilən cinayətkar struktura hər hansı formada dəstəkdən imtina etməsini istəyir.

Aksoy bildirib ki, PYD/PKK və İŞİD terrorçularından qaynaqlanan təhdidlərin yox edilməsi Türkiyə milli təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.

“Afrində aparılan “Zeytun budağı” əməliyyatı Türkiyə sərhədlərini qorumaq və regionda terrora qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Bu, eyni zamanda, bölgənin dost və qardaş əhalisinin təhlükəsizliyini təmin etməyə kömək olacaq. Bu barədə bir müddət əvvəl xarici həmkarlarımızı məlumatlandırmışıq. Ancaq təəssüflər olsun ki, Fransa xarici işlər naziri “Zeytun budağı” əməliyyatı haqqında əsaslandırılmamış və uğursuz bəyanatlar səsləndirib”, – deyə diplomat bildirib.  

Aksoy Afrində əməliyyatın başladığı gündən bəri bir dinc sakinin belə həlak olmadığı faktını vurğulayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri