17 
Apr
2018
14:46
8
224
2508
Virtual karabakh

Serj Sarkisyan: Təhlükəsizlik bir nömrəli problem olaraq qalır

17 Apr, 2018
14:46
2508

Serj Sarkisyan: Təhlükəsizlik bir nömrəli problem olaraq qalır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın keçmiş prezidenti və hazırda baş nazir postuna namizəd olan Serj Sarkisyan Yeravandakı etiraz aksiyalarından danışıb.

Oxu.Az xəbər verir ki, o, bu haqda Parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı paytaxtda baş verən qarşıdurmalara aydınlıq gətirib.

Bildirib ki, il ərzində baş verən prosesləri nəzərə alaraq, bəzi dövlət proqramlarında düzəlişlər ediləcək:

“Burada proqrama dair detallar irəli sürməyəcəyəm. İlk olaraq hökumət Ermənistan Respublikaçı Partiyası və Daşnaqsütyun Partiyası proqramını reallaşdıracaq. Bu bir il müddətində prosesləri nəzərə alaraq, düzəlişlər ediləcək. Bunlara dair daha ətraflı təqdimatlar üçün vasitələr olacaq.

Təhlükəsizliyin bir nömrəli problem olaraq qalmağa davam etdiyini qeyd edən Sarkisyan Artsax probleminin dincliklə həllinə yönələn mövqeyinin dəyişmədiyini və Erməni Ordusunun israrlı şəkildə güclənməsi və modernləşməsinin vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri