İyn
2018
17:29
305
32
20071
Virtual karabakh

Putin məşhur azərbaycanlının sualına cavab verdi - VİDEO

7 İyn, 2018
17:29
20071

Putin məşhur azərbaycanlının sualına cavab verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökuməti “Instagram” və “YouTube”u bağlamaq niyyətində deyil. Bu sözləri Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı Azərbaycan əsilli bloqer Hüseyn Həsənovun Rusiyada bu serverlərin bağlanacağı ilə bağlı sualına cavab olaraq deyib. 

Oxu.Az-ın xəbərinə görə, Putin qeyd edib ki, bu serverlərin bağlanacağı ilə bağlı şayiələrin insanları narahat etməsini yaxşı başa düşür. O xatırladıb ki, xüsusi xidmət orqanlarında işləyib və bağlamağı hər şeydən yaxşı bacarır. Sivil həll yolu tapmaq isə çətindir. 

Rusiya prezidenti əlavə edib ki, Telegram ətrafındakı vəziyyətdən xəbərdardır. Onun sözlərinə görə, hazırda insanların təhlükəsizliyi onu narahat edir. 

“Xüsusi xidmət orqanlarının nümayəndələri Peterburq metrosundakı partlayışdan sonra kodlaşdırılma səbəbindən terrorçuların yazışmalarını izləyə bilmədiklərini deyəndə mən buna necə reaksiya verməliyəm? Axı insanların təhlükəsizliyi hər şeydən üstündür”, - Putin bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri