21 
İyn
2018
23:05
221
20
6127
Virtual karabakh

Amerikalı reperin qatili tutuldu - FOTO

21 İyn, 2018
23:05
6127

Amerikalı reperin qatili tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da məşhur reper “XXXTentacion”u qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu haqda TMZ məlumat yayıb.

Saxlanılan şəxs əvvəllər məhkumluğu olan 22 yaşlı Dedrik Di Uilyamsdır. Bundan əvvəl qanunsuz silah və narkotik vasitə saxlama, silahlı hücum, avtomobil qarəti və ailə məişət zəminində zorakılıq maddələri üzrə mühakimə olunub.

Polis məhz Dedrikin iyunun 18-də Mayaminin motosalonu yaxınlığında reperi güllələdiyini ehtimal edir.

Bundan əvvəl silahlı hücumun qarət məqsədi daşıdığı və reperin bahalı çantasının oğurlandığı bildirilirdi. 

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri