20 
İyl
2018
14:10
31
271
7980
Virtual karabakh

“Palmali” şirkətinin dənizçiləri aclıq elan etdi

20 İyl, 2018
14:10
7980

“Palmali” şirkətinin dənizçiləri aclıq elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azov dənizinin akvatoriyasında olan “Riroyl-5” gəmisinin ekipaj üzvü aclıq elan edib. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, onlar Türkiyənin “Palmali” şirkətinin üzvləridir. 

Məsələ ilə bağlı Rusiya Dənizçilər Birliyinin Azon-Don bölməsinin rəhbəri Leonid Qluşak danışıb. Onun sözlərinə görə, dənizçilər səkkiz ay müddətində əməkhaqqı ala bilməyiblər. Şirkətin 100 min dollar borcu yaranıb. 

“Vədlərə baxmayaraq, şirkət rəhbərlik yalnız bir dənizçi ilə hesablaşıb. Əməkdaşlar iyulun 18-dən aclıq aksiyasına başlayıb. Bir müddət gəminin cərəyanı kəsilib, bu isə faciəyə səbəb ola bilərdi. Gəmini Azov limanının kapitanı saxlayıb”, - Qluşak deyib. 

Hazırda məhkəməyə müraciət edilməsi üçün sənədlərin hazırlanma prosesi gedir. 

Rusiya KİV-in verdiyi məlumata görə, bu, ilk belə hal deyil, Rostov limanında şirkətə məxsus olan “Riroyl-3” gəmisi də var. 

Şirkətin onlara olan borcunun ümumi həcmi də 100 min dollardır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri