Sen
2018
23:13
110
337
16033
Virtual karabakh

Rusiya, İran və Türkiyə anlaşa bilmədilər

7 Sen, 2018
23:13
16033

Rusiya, İran və Türkiyə anlaşa bilmədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya, İran və Türkiyə İdlib məsələsi ilə bağlı anlaşa bilməyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche welle” yazır.

Bildirilir ki, Tehran sammitinin yekun bəyannaməsində  konkret addımlar barədə heç nə deyilmir. Sənəddə yalnız mülki əhalinin qorunmasının vacibliyi vurğulanır, həmçinin Ən-Nusra qruplaşmasına və İŞİD-ə qarşı hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi qeyd olunur.   

DPA agentliyi isə Putin, Ərdoğan Ruhaninin sammitdə bəyanatlarını analiz edərək belə nəticəyə gəlir ki, üç ölkə İdlibdəki durumla bağlı mövqelərini yaxınlaşdıra bilməyib.  Belə ki, Ərdoğan yekun bəyannaməyə atəşkəs haqqında müddəanın daxil edilməsinə çalışırdı, Rusiya ilə İran isə terrorçulara qarşı hərbi əməliyyatların davam etdirilməsiə təkid edirdilər.

Qeyd edək ki, Suriya ordusu İdlib əyalətində irəliləməyi planlaşdırır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri