Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı Həsən Ruhani ilə Suriya böhranının həlli ilə bağlı üçüncü sammitdə iştirak etmək üçün Tehrana gedib.
Oxu.Az bununla bağlı TASS agentliyinə istinadla xəbər verir.
Görüş zamanı liderlər İdlib bölgəsi ətrafındakı vəziyyətə və Dəməşqdə kimyəvi silahdan istifadə məsələlərinə xüsusi diqqət yetirəcəklər.
Sammit sentyabrın 7-də üç ölkə liderinin mediaya birgə bəyanatı ilə başlayacaq. Görüşün sonunda dövlət başçıları bəyanatla çıxış edəcəklər.
Üçtərəfli ggörüşdən sonra Putin Ərdoğan, Ruhani və İranın ali dini lideri ayətullah Xameneyi ilə təkbətək görüşlər keçirəcək.
Rəylər