Sen
2018
00:49
60
183
11795
Virtual karabakh

Qatil bacılar: kiçiyinin əsəbləri dözmədi

9 Sen, 2018
00:49
11795

Qatil bacılar: kiçiyinin əsəbləri dözmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atalarını Moskvada qətlə yetirən Xaçaturyan bacılarından kiçiyi - Mariya, “Butırskaya” İstintaq təcridxanasının psixiatrik xəstəxanasına köçürülüb.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya paytaxtının İctimai müşahidə komissiyasının baş katibi İvan Melnikov bildirib:

“Çox guman ki, onun psixiki vəziyyətini müəyyənləşdirmək üçün müayinə edəcəklər. Ola bilsin, bu, ekspertizanın keçirilməsi üçün tələb olunur”.

Melnikov qeyd edib ki, Xaçaturyan kamerada tək deyil, onun yanında qadın da var. Eyni zamanda müttəhim bütün zəruri əşyalarla təmin edilib.

Xatırladaq ki, qətl iyulun 27-də törədilib. İstintaqın versiyasına görə, üç qız övladı 57 yaşlı atalarını çoxsaylı bıçaq zərbələri ilə öldürüblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri