10 
Sen
2018
13:18
114
32
7494
Virtual karabakh

Erməni jurnalist: Putinin işarəsini başa düşdük

10 Sen, 2018
13:18
7494

Erməni jurnalist: Putinin işarəsini başa düşdük

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Kommersant” nəşri Rusiya prezidenti Vladimir Putinin şənbə görüşləri haqqında material hazırlayıb. Materialda Putinin Ermənistan baş naziri ilə bağlı da danışılır. 

Oxu.Az xəbər verir ki, yazının müəllifi Andrey Kolesnikovun sözlərinə görə, erməni jurnalistlərdən birinə onların baş nazirinin əhvalı haqqında sual verib və belə cavab alıb: 

“Konstruktiv. Rusiyanı sevdiyini və dostluq etmək istədiyini deyəcək. Çünki Koçaryanın həbsindən sonra hər şey pisləşib... Ancaq onu buraxdılar. Sizin prezidentiniz Koçaryanı doğum günü münasibətilə təbrik edib. Bu işarəni başa düşdük. Bizdə hər şey yaxşıdır”. 

“Korrespondent” yazıb ki, Paşinyan Vladimir Putindən iki ölkə arasındakı münasibətlər haqqında danışmağı xahiş edib. 

“Bu bədbinliyə rəğmən, qeyd etmək istərdim ki, bizim əlaqələrimiz dinamik şəkildə inkişaf edir”. 

Nəşrin məlumatına görə, Rusiya prezidentinin bu kimi fikirlərə lütfkarlıq göstərməsi qəribədir. 

Məqalə müəllifi hesab edir ki, Koçaryanın həbsi Vladimir Putinə güclü təəssürat yaradıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri