14 
Sen
2018
10:17
351
33
2997
Virtual karabakh

ABŞ müsəlman uyğurları qoruyacaq

14 Sen, 2018
10:17
2997

ABŞ müsəlman uyğurları qoruyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müsəlman uyğurların yaşadığı Sintsizyan-Uyğur avtonom respublikasındakı vəziyyət səbəbindən Çinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxır. 

Oxu.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı dövlət katibi Mayk Pompeonun köməkçisi məlumat verib. 

Onun sözlərinə görə, Vaşinqton bu bölgədəki vəziyyəti izləyir və tədbirlər görməyə hazırdır. 

Bundan öncə, sanksiyalarla bağlı “The New York Times” məlumat yayıb. Bildirilib ki, uyğurları siyasi düşərgələrə göndərən yüksək vəzifəli məmurlar sanksiyalara məruz qalacaq.

Qəzet yazır ki, Ağ Evdə sanksiyalarla bağlı müzakirələr bir neçə aydır davam edir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri