18 
Sen
2018
14:54
234
42
5073
Virtual karabakh

Rusiya və İsrail arasında diplomatik qalmaqal - YENİLƏNİB

18 Sen, 2018
14:54
5073

Rusiya və İsrail arasında diplomatik qalmaqal - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması insidenti ilə bağlı İsrailin Moskvadakı səfiri Qarri Koren Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb. 

Qeyd edək ki, bu gün İsrail müdafiə naziri Aviqdor Liberman və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında baş tutan telefon danışığında bu məsələ müzakirə edilib.

14:38

Rusiya müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla telefon danışığında bildirib ki, Aralıq dənizi üzərində Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulmasında İsrail günahkardır. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“Təyyarənin vurulması və ekipaj üzvünün həlak olmasında məsuliyyəti İsrail daşıyır. Rusiya Müdafiə Nazirliyi İsrail tərəfini Suriyada rusiyalı hərbçilərə təhlükə törədən hücumlardan qaçmağa çağırır”, - nazir deyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri