26 
Sen
2018
21:57
140
42
10981
Virtual karabakh

Skripalları zəhərləyən şəxsin əsl adı məlum oldu

26 Sen, 2018
21:57
10981

Skripalları zəhərləyən şəxsin əsl adı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripal və qızı Yuliyanı Britaniyanın Solsberi şəhərində zəhərləməkdə ittiham olunan şəxslərdən birinin əsl adı məlum olub. 

Oxu.Az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. 

Bildirilir ki, Ruslan Boşirov kimi tanınan adam əslində Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqadır. 

Briytaniyanın Bellingcat təşkilatı araşdırma aparıb. Məlum olub ki, Çepiqa 1979-cu ildə Rusiyanın Amur vilayətində dünyaya gəlib. O, 18 yaşında ölkənin ən sanballı hərbi məktəblərindən biri sayılan Blaqoveşensk hərbi məktəbinə qəbul olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri