Okt
2018
23:28
622
44
17277
Virtual karabakh

Paşinyan istefa verəcək - YENİLƏNİB

2 Okt, 2018
23:28
17277

Paşinyan istefa verəcək - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerevanda etiraz aksiyasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan Respublika Partiyası və ona kömək edən qüvvələrin ölkədə əks-inqilab elan etdiklərini bildirib. 

Oxu.Az xəbər verir ki, Paşinyan əks-inqilabın Ermənistanda şanslarının olmadığını bəyan edib. 

“Bu səsvermə və bu qanunun qəbulu ilə Respublika Partiyası və ona yardım edən qüvvələr ölkədə rəsmən əks-inqilab elan ediblər. Əks-inqilabın Ermənistanda şansları yoxdur, çünki heç kim xalqın qələbəsini əlindən ala bilməz”, - deyə o vurğulayıb.

Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” pariyalarından olan nazirlər və qubernatorların istefaya göndərilməsi haqqında fərmanlar qüvvəyə mindikdən sonra istefaya gedəcəyini bəyan edib. 

“Qərar de-yure qüvvəyə mindikdən sonra istefaya gedəcəyəm. Lakin baş nazirin səlahiyyətlərini icra edəcəyəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Paşinyan sözügedən partiyalardan olan nazir və qubernatorların işdən azad olunması haqqında göstəriş verib. Lakin “Daşnaksutyun” bunu gözləmədən özü nazirləri geri çağırdığını bəyan edib. 

Paşinyan həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq. 

21.48

Yerevanda etirazçılar Ermənistan parlamentinin binasını mühasirəyə alıblar.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentin reqlamentinə qanunvericilik orqanının buraxılmasını əngəlləyən dəyişikliklərə etiraz edirlər. 

20.44

Ermənistanda etirazçılar parlament binasının girişini bağlayıblar. 

Oxu.Az “Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, buna səbəb deputatların ikinci dəfə baş nazir seçilməsi zərurəti yarandıqda, parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinə səs vermələri olub. 

Baş nazir Nikol Paşinyan etirazçılarla görüşərək bildirib ki, vacib bir işi həll etdikdən sonra qayıdıb onlara qoşulacaq. 

Bildirilir ki, Yerevan sakinləri parlamentin giriş-çıxışını bağladıqları üçün deputatlar binadan çıxa bilmirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri