12 
Okt
2018
00:28
614
33
7618
Virtual karabakh

WP: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edir

12 Okt, 2018
00:28
7618

WP: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara ilə Vaşinqton arasında amerikalı pastor Endryu Bransonun sərbəst buraxılması və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvinə dair razılaşma əldə olunub.

Oxu.Az xəbər verir ki, bu barədə The Washington Post nəşrinin adları açıqlanmayan amerikalı rəsmilər və digər mənbələrə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Branson artıq oktyabrın 12-də növbəti məhkəmə iclasından sonra azadlığa çıxa bilər. 

Buna cavab olaraq ABŞ administrasiyasının Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə və bu cür qərarların qəbul edilməməsinə dair öhdəlik götürdüyü iddia olunur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri