24 
Okt
2018
10:11
100
35
6317
Virtual karabakh

ABŞ Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçdi

24 Okt, 2018
10:11
6317

ABŞ Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ rəhbərliyi Səudiyyə ərəbistanlı müxalif jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçib. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Vaşinqton bu qətllə bağlılığı olduğunu əsas  gətirərək, 21 səudiyyəli nümayəndəyə verilən vizaları ləğv edib. 

Bununla bağlı ABŞ Dövlət Departamentinin nümayəndələrindən biri məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərə qarşı viza qadağası qərarı qəbul edilib. 

Dünən keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Mayk Pompeo Kaşıkçının ölümü ilə bağlı tədbirlərin həyata keçiriləcəyini deyib. 

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Dünən onun cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisindəki su quyusundan tapılıb. 

Samir İsayev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri