23 
Okt
2018
12:38
21
233
19460
Virtual karabakh

Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı

23 Okt, 2018
12:38
19460

Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçının cəsədi İstanbulda quyuda aşkar edilib. 

Oxu.Az-ın “RİA Novosti” agentliyinə istinadla xəbərinə görə, bununla bağlı “VƏTƏN” partiyasının sədri Doğu Perinçek məlumat verib. 

Onun sözlərinə əsasən, cəsəd Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapılıb.

Perinçek bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib. 

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri