Fev
2019
16:16
68
1008
13352
Virtual karabakh

İstanbulda bina çökdü: ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB + VİDEO

8 Fev, 2019
16:16
13352

İstanbulda bina çökdü: ölənlərin sayı 14-ə çatdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda altı mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb. 

“Haber 7” xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. 

O əlavə edib ki, hadisə zamanı 14 nəfər də xəsarət alıb. 

Nazir bildirib ki, 45 saat davam edən xilasetmə işləri nəticəsində 16 yaşlı oğlan dağıntılar altından sağ çıxarılıb. 

“Dağıntılar altından 5 nəfərin səsi gəlir. Onları xilas etməyə çalışırıq. Güman edirik ki, qalan şəxsləri də sağ xilas etmək mümkün olacaq”, - S.Soylu qeyd edib. 

7 fevral, 21:52

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb. 

Bu barədə “Hürriyət” qəzeti məlumat yayıb. 

Bildirilir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb. 

Ərazidə xilasetmə işləri davam etdirilir. 

14.52

İstanbulun Kartal rayonunda çökən altı mərtəbəli binanın dağıntıları altından üç nəfərin cəsədi çıxarılıb. 

NTV telekanalının məlumatına görə, daha 13 nəfər yaralı halda xilas edilib.

Onlardan üçünün vəziyyəti ağırdır. 

Aparılan xilasetmə tədbirləri nəticəsində 19 saat sonra beş yaşlı Həvva Tekgöz xilas edilib. 

01:05

İstanbulda yaşayış binasının çökməsi nəticəsində iki nəfər ölüb.

“Hürriyət” qəzetinin məlumatına görə, daha altı nəfər xəsarət alıb.

6 fevral, 17.75

İstanbulun Kartal rayonunun Orhantepe məhəlləsində altı mərtəbəli bina çöküb. 

“Hürriyət” qəzetinin məlumatına görə, bina güclü partlayışdan sonra çöküb. 

İlkin məlumatlara görə, hadisə zamanı bir nəfər ölüb, dörd nəfər dağıntılar altında qalıb, çox sayda insanın yaralandığı bildirilib. 

Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım xidmətinin əməkdaşları cəlb edilib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri