16 
Apr
2019
16:29
126
50
6035
Virtual karabakh

“Charlie Hebdo” Notr-Dama karikatura həsr etdi - FOTO

16 Apr, 2019
16:29
6035

“Charlie Hebdo” Notr-Dama karikatura həsr etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın satirik “Charlie Hebdo” jurnalı növbəti buraxılışının üz qabığında alova bürünmüş Notr-Dam Kilsəsi və gülümsəyən Fransa prezidenti Emmanuel Makronun karikaturasını dərc edib.

“Yanan Notr-Dam: yalnız bu çərşənbə axşamı günortadan etibarən “Charlie Hebdo” elektron versiyada və Parisin 50 köşkündə satışa çıxarılacaq”, - deyə dərginin “Twitter” hesabında deyilir.

Qırmızı fonlu üz qabığında ağ şriftlərlə “islahatlar” sözü yazılıb. Mərkəzdə isə başını alov bürümüş Notr-Dam Kilsəsinin həkk olunduğu Makronun karikaturası təqdim olunub.

“Mən kilsənin asma konstruksiyasından başlayacağam”, - deyə prezidentdən sitat gətirilir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı aktual mövzularda hazırladığı karikaturaları ilə tanınır. Jurnalın redaksiyası Məhəmməd peyğəmbərin karikaturasına görə 2015-ci ildə terror hücumuna məruz qalmışdı. Silahlı hücum nəticəsində 12 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olmuşdu.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri