22 
Apr
2019
02:00
748
102
23238
Virtual karabakh

Dövlət rəhbərləri Zelenskini təbrik edir - YENİLƏNİB

22 Apr, 2019
02:00
23238

Dövlət rəhbərləri Zelenskini təbrik edir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Ukraynada “exit-poll”un nəticələrinə görə qalib hesab olunan Vladimir Zelenski artıq xarici ölkələrdən təbrikləri qəbul etməkdədir. 

MSK rəsmi nəticələri elan etməsə də, bir sıra dövlət başçıları seçkilərdə böyük fərqlə qalib gəlmiş Vladimir Zelenskini təbrik etməyə başlayıblar.

İlk zəng Fransa prezidenti Emmanuel Makrondan gəlib. Zelenski Fransa prezidenti ilə telefonla danışaraq ona təşəkkürünü bildirib.

Təbrik edənlər arasında ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant da var. 

21 aprel.23:17

Ukrayna prezidentliyinə namizəd, “exit-poll”un nəticələrinə görə qalib hesab olunan Vladimir Zelenski bəyan edib ki, onun ilk işi “bütün məhbus və əsirləri” ölkəyə qaytarmaq olacaq.

Zelenski bildirib ki, Donbasdakı silahlı münaqişənin həlli üzrə işləri davam etdirəcək. O, həmçinin Ukraynanın Baş Prokurorunu vəzifəsindən azad edəcəyini, yeni komanda ilə işləyəcəyini qeyd edib.

Zelenski Prezident Administrasiyasının yeni binaya köçürüləcəyinə də vəd verib.

Poroşenkoya hər hansı bir vəzifə verilib-verilməyəcəyi barədə sualı isə Zelenski belə cavablandırıb:

“Mən bu məsələ ilə bağlı ictimaiyyətə müraciət edəcəm. Əgər xalq onu hər hansı bir postda görmək istəsə, ola bilər. Hələlik bilmirəm”.

21:15

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

RİA Novosti xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 72,7, Petro Poroşenko isə 27,3 faiz səsini toplayıb.

21:07

Ukraynada prezident seçkilərinin ikinci turu yerli vaxtla saat 20:00-da başa çatıb.

 RİA Novosti-nin məlumatına görə, “exit-poll”un ilkin açıqlamasına görə, Zelenski daha çox səs toplayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

16:24

Ukraynada prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlir. 

Rosbalt” exit-poll-un qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib. 

Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb. 

Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri