May
2019
15:22
357
39
7600
Virtual karabakh

Azərbaycanlı pəhləvan rusiyalıları heyran qoydu - VİDEO

2 May, 2019
15:22
7600

Azərbaycanlı pəhləvan rusiyalıları heyran qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında tanınmış azərbaycanlı pəhləvan Əmir çıxış edib.

PortAmur”un yazdığına görə, Əmir öz fiziki bacarıqları ilə yerli sakinləri heyran qoyub.

Pəhləvan bir saatlıq şou ərzində müxtəlif təhlükəli fəndlər göstərib, iti əşyaların üzərində gəzib, əli ilə dəmir mismarları əyib.

Azərbaycanlı qonağın final tryukunda avtomobillərdən istifadə olunub. O, saçları ilə ağır avtomobili yerindən tərpədib və bir neçə metr irəliləyib. Onun bu inanılmaz hərəkəti gur alqış sədaları ilə müşayiət olunub.

Qeyd edək ki, 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri