Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Avroviziya”da muğam oxunacaq - VİDEO
Mənə elə gəlir ki, “Avroviziya” indiyədək belə şou görməyib. Türklərdən dəstək gözləyirəm. Dünyanın hər yerindədirlər. Mənə dəstək olsalar, qalib gələndə türk bayrağını səhnədə dalğalandırmaq istəyirəm. Türk dünyasını təkcə mən təmsil edirəm.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanı “Avroviziya-2019” mahnı müsabiqəsində təmsil edəcək müğənni Çingiz Mustafayev Türkiyənin “İHA” xəbər agentliyinə müsahibəsində bildirib.
Çingiz yarışmaya üç ay ciddi hazırlaşdığını və mahnının sonunda muğam oxuyacağını dilə gətirib.
“Çox həyəcanlıyam, mahnımın sonunda muğam oxuyacağam. Bu, Azərbaycan və Türkiyə musiqisini, ən az, 300 milyon insana çatdırmaqdır və gözəl hisslərdir. Xoreoqrafiya, vokal və səhnə tam istədiyim kimi oldu. Həyəcanlanmasam, potensialımı göstərə bilsəm, qardaşlarımızın dəstəyi ilə bu il “Avroviziya”nın qalibi Azərbaycan olacaq”.
Qeyd edək ki, Çingiz Mustafayev Azərbaycanı ikinci yarım finalda mayın 16-sı “Truth” (Həqiqət) mahnısı ilə təmsil edəcək.
Rəşad Əliyev"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər