Yan
2020
23:05
44
111
19751
Virtual karabakh

Dünyanın maraqla izlədiyi ölkədən qaçışın yeni görüntüləri yayıldı - VİDEO

8 Yan, 2020
23:05
19751

Dünyanın maraqla izlədiyi ölkədən qaçışın yeni görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə fırıldağı ittihamlarına görə Yaponiyanı qeyri-adi yolla tərk etmək məcburiyyətində qalan “Nissan”, “Renault”, “Mitsubishi”nin keçmiş rəhbəri Karlos Qonun qaçması barədə yeni görüntülər ortaya çıxıb. 

Bu barədə kadrları “Hürriyyet” yayıb.

Müşahidə kamerası tərəfindən qeydə alınan videodan aydın olur ki, musiqi qutusunun içində Osakadan Türkiyəyə gələn Qon iki təyyarə arasındakı məsafəni maşınla gedib. Sonra o, maşından düşərək təyyarəyə minib.

Xatırladaq ki, “Nissan” şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qon musiqi qutusunun içində Yaponiyadan Türkiyəyə qaçıb, ordan isə özəl təyyarə ilə Livana uçub. 

Qon hazırda həyat yoldaşı Kerolun evində yaşayır. Livanda o, Prezident Mişel Aounla görüşüb və dövlətdən təhlükəsizlik zəmanətlərini alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri