28 
Yan
2020
13:24
22
166
12120
Virtual karabakh

Ölümcül virusun yeni yoluxma növü barədə XƏBƏRDARLIQ

28 Yan, 2020
13:24
12120

Ölümcül virusun yeni yoluxma növü barədə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus insan orqanizminə gözün selikli qişasına təmas yolu ilə daxil ola bilər.

TASS-ın məlumatına görə, Çin Xalq Respublikasının Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Li Sinvan bu barədə brifinqdə bəyan edib. 

“Sətəlcəmin yeni növü təmas yolu ilə yoluxa bilər. Əgər virus əllərin dərisinə düşərsə və bu vaxt gözlərinizi təsadüfən ovuşdurursanız, virus yoluxması baş verə bilər”, - deyə o bildirib.

“Buna görə qoruyucu maska geyinmək və əlləri yaxşıca yumaq vacibdir, bu virusun yayılması və yoluxma riskini azaldacaq”, - deyə Sinvan əlavə edib.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 4547 nəfərə, ölənlərin sayı isə 106 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri