Fev
2020
13:53
26
312
21779
Virtual karabakh

Ayaqyoluna yola saldığı sevgilisinin parçalanmış meyitini tapdı - VİDEO

1 Fev, 2020
13:53
21779

Ayaqyoluna yola saldığı sevgilisinin parçalanmış meyitini tapdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ayaqyolu ehtiyacı olan rəfiqəsini maşından düşürən gənc az sonra onun parçalanmış meyiti ilə rastlaşıb. Dəhşətli hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı Mehtap Ateş Konya şəhərindən Adanaya dostu Murad A.-nı görməyə gedib. Sonra cütlük avtomobillə şəhər mərkəzinə yollanarkən, M.Ateş ayaqyolu ehtiyacının olduğunu deyib və maşını münasib bir yerdə saxlamasını istəyib.

O, maşından düşüb getdikdən sonra uzun müddət qayıtmayıb. Vəziyyəti belə görən Murad onun axtarışına başlayıb. Amma yolda səpələnmiş halda meyit parçaları görüb. Geyimdən meyitin M.Atəşə aid olduğunu  anlayan Murad A. dərhal polis çağırıb.

Hadisə yerinə gələn polis əməkdaşları gənc qadının sənədini və üzərinə qan sıçramış fotosunu tapıb.

Cəsəd toplanaraq ekspertiza üçün morqa göndərilib.

İlkin ehtimallara görə, qadın qəza nəticəsində həlak olub. Bununla belə, polis başqa versiyaların da üzərində işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri