21 
Fev
2020
01:12
16
289
28398
Virtual karabakh

Parçalanaraq ölən qadının dörd yaşlı qızı da eyni taleyi yaşayıbmış - FOTO

21 Fev, 2020
01:12
28398

Parçalanaraq ölən qadının dörd yaşlı qızı da eyni taleyi yaşayıbmış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Adana şəhərində 19 gün əvvəl parçalanmış meyidi tapılan qadının dörd yaşındakı qızının da iki il öncə eyni taleyi yaşadığı məlum olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, faciəvi şəkildə həyatını itirən Mehtap Ateşin qızı Irmak Su Ateş iki il əvvəl avtomobil qəzasında ölüb.

O da anası kimi yolu keçərkən Diyarbakırda bir avtomobilin altında qalıb.

Qadının bundan sonra uzun müddət özünə gələ bilmədiyi vurğulanıb.

Xatırladaq ki, M.Ateş sevgilisi Murad A. ilə görüşmək üçün Konyadan Ceyhana gəlmişdi, sonra ümumi tanışları ilə birlikdə şəhər mərkəzinə yola düşüblər. Bir müddət sonra qız ayaqyolu ehtiyacı olduğunu bildirərək, sevgilisindən maşını münasib yerdə saxlamağı istəyib.

Qadının uzun müddət geri qayıtmadığını görən Murad.A. onu axtararkən yolda təqribən 100 metr məsafə boyunca meyit parçalarına rast gəlib və geyim hissələrindən bunun Mehtapa aid ola biləcəyini anlayaraq dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn hüquq mühafizəçiləri cəsəd parçalarının yanında Ateşin şəxsiyyətini təsdiq edən sənədini və qanlı fotosunu tapıb. İstintaqa başlayan polis qızın qəzaya qurban getdiyini və sonradan üstündən çoxlu sayda maşınların keçdiyini müəyyənləşdirib. Tədqiqatlardan sonra Ateşi ilk olaraq H.Ö. adlı birinin vurduğunu aydınlaşıb.

Polis qadının ölümü ilə əlaqədar həmin vaxt maşında olan qadının sevgilisi Murat A. və dostları İsmet D.-ni “qəsdən ölümə səbəbiyyət vermək” ittihamı ilə həbs edib. Qadını vuran sürücülər Həsən Ö. və Yener C. barədə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri