Moskvanın Stroiteley küçəsində naməlum şəxs evin pəncərəsindən atəş açıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
“Naməlum şəxs Moskvanın Stroiteley küçəsində evin pəncərəsindən müəyyən edilməmiş odlu silahdan atəş açıb. O, hələ saxlanılmayıb”, - deyə məlumatda qeyd edilib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, silahlı şəxs iki nəfəri yaralayıb. Onlardan biri polis əməkdaşıdır. Digər yaralı isə yoldan keçəndir.
İlkin məlumata görə, silahlı şəxs sərxoş vəziyyətdədir.