19 
İyn
2020
21:12
263
201
10840
Virtual karabakh

Məşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı

19 İyn, 2020
21:12
10840

Məşhur bloqer Hüseyn Həsənov Moskvada saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Bu barədə gazeta.ru məlumat yayıb. 

Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.

O da qeyd olunur ki, Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloqer həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin "İnstagram"da 14 milyondan çox izləyicisi var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri