13 
İyl
2020
16:38
277
78
12219
Virtual karabakh

Koronavirusun müalicəsi üçün Lukaşenkodan yeni resept - FOTO

13 İyl, 2020
16:38
12219

Koronavirusun müalicəsi üçün Lukaşenkodan yeni resept - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusdan balın köməyi ilə müalicə olunmağı tövsiyə edib.

BELTA-nın məlumatına görə, o, Mogilyov vilayətində bal, pendir və xalq təsərrüfatı mallarının ticarəti ilə məşğul olan sakinlərlə söhbətində bu barədə danışıb.

Arıçılarla söhbəti zamanı özünün də arı saxladığını deyən A.Lukaşenko sözlərinə belə davam edib: “Pandemiyadan müalicə olunmaq üçün bura gəlmək lazımdır. Balın dadına baxın, (bulağa) baş vurun”.

Bundan əvvəl dövlət başçısı belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etməyi tövsiyə etmişdi.

İyul ayının əvvəlində isə Lukaşenko koronavirus üzərində qələbəni elan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri