Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstanda mikroavtobus uçurumdan aşdı: 17 ölü - YENİLƏNİB
Gürcüstanın şimal-şərqində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə Apsny.ge ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, dünən axşam Duşeti bələdiyyəsinin ərazisində, Şatili kəndi yaxınlığında təxminən 80 metr yüksəklikdən sərnişin mikroavtobusu aşıb. İlkin məlumata görə, onun içərisində Tiflisdən gələn turistlər olub.
Xilasedicilər üç nəfəri sağ tapıblar. Onlar ciddi xəsarət alıblar, vəziyyətləri ağır qiymətləndirilən həmin şəxslər tibb müəssisəsinə aparılıb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.
Gürcüstan Daxili İşlər nazirinin müavini İosif Çelidze və Təcili Yardım Xidmətinin rəhbəri Temur Mqebrişvili qəzanın baş verdiyi Biso kəndinə gediblər.
23 avqust, 23:00
Gürcüstanın Msxeta-Mtianeti bölgəsinin Şatili kəndində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ilkin məlumatlara görə, qəza nəticəsində 12 nəfər ölüb, üç nəfər ağır yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yaralananlar təhlükəsiz əraziyə təxliyə edilib.
Qalan sərnişinlərin axtarışı davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
Rəylər