Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Atambayev aclıq elan edib: Vəkili onun zirzəmidə saxlanıldığını deyir
Hazırda həbsdə olan Qırğızıstan Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Bişkekdə saxlanıldığı istintaq təcridxanasında aclıq elan edib.
Bu barədə TASS agentliyinə A.Atambayevin hüquqlarını qoruyan vəkil Sergey Salaserev məlumat verib.
“İndi A.Atambayev əvvəllər edam hökmünə məhkum edilən dustaqların güllələndiyi zirzəmidə saxlanılır. Orada ən sadə şərait belə mövcud deyil”, - deyə vəkil qeyd edib.
Xatırladaq ki, sabiq prezident 2019-cu il səkkiz avqusta saxlanılıb.
A.Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı. Lakin bir müddət sonra o, saxlanılaraq yenidən həbsxanaya qaytarılıb.
Rəylər