İyl
2021
07:44
115
60
1773
Virtual karabakh

82 yaşlı amerikalı qadın kosmosa uçacaq - VİDEO

2 İyl, 2021
07:44
1773

82 yaşlı amerikalı qadın kosmosa uçacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Amazon”un sahibi Ceff Bezos və qardaşı ilə yanaşı kosmosa uçacaq üçüncü şəxsin kimliyi bəlli olub.

Amerikalı multimilyarder özünün “Instagram” səhifəsində bu barədə məlumat verib.

Məlumata görə, 82 yaşlı Uolli Fank kosmik səyahət zamanı Bezos qardaşlarını müşaiyət edəcək.

Qeyd edək ki, U.Fank ötən əsrin 60-cı illərindən bəri uçuşa hazırlaşır. O, 1961-ci ildə “Kosmosda qadın” proqramı çərçivəsində seçimlərin qalibi olub, lakin son anda uçuş ləğv edilib.  

Hazırki kosmik səyahətə gəlincə, onun iyulun 20-də baş tutacağı bildirilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Jeff Bezos (@jeffbezos)

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri