16 
İyl
2021
22:20
158
26
2249
Virtual karabakh

Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq - FOTO

16 İyl, 2021
22:20
2249

Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 yaşlı amerikalı Oliver Demen iyulun 20-də amerikalı milyarder Ceff Bezosa qoşularaq kosmosa uçacaq. O, 28 milyon dollarlıq uçuş qazanan anonim açıq hərrac iştirakçısını əvəz edəcək. Bununla da kosmosa uçan ən gənc insan kimi tarixə düşəcək.

“Haber Global”ın məlumatına görə, bu barədə Bezosun kosmik şirkəti “Blue Origin” xəbər yayıb.

Bildirilir ki, auksionun qalibi bir növ “daxili qarşıdurma” səbəbindən tapşırığı yerinə yetirə bilməyib. Şirkət uğursuz uçuş üçün pulu necə qaytaracaqlarını açıqlamayıb.

Yeniyetmə Bezosun ortaqlarından biri olan “Somerset Capital Partners” şirkətinin baş direktoru Cos Demenin oğludur.

Demen ikinci uçuş üçün yer qazanmışdı, lakin müsabiqənin qalibi iştirakdan imtina etdiyi üçün ilk o, uçacaq.

Gəncin kosmik səyahət biletinin neçəyə başa gəldiyi açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri