10 
Avq
2021
15:48
20
388
6158
Virtual karabakh

Rusiyalı milyarder deputat fəhləni öldürüb - FOTO

10 Avq, 2021
15:48
6158

Rusiyalı milyarder deputat fəhləni öldürüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamçatkadan deputat milyarder İqor Redkin adam öldürdüyünü etiraf edib.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

“Balıq kralı” İstintaq Komitəsinə məktub yollayaraq təsadüfən fəhləni (Andrey Tolstopyatov) öldürdüyünü bildirib.

Redkinin sözlərinə görə, yerli sakinlər ona müraciət edərək Ozernovskiy qəsəbəsində zibilliklərin ayıların “istilasına” məruz qaldığını bildiriblər. Redkin də silahını götürərək deyilən yerə gedib. Hava qaralandan sonra o, zibillikdə ayını gördüyünü düşünüb və atəş açıb. Ayını qorxutduğu qənaətinə gələn deputat evinə qayıdıb. Səhəri isə orada güllələnmiş gəncin tapıldığını öyrənib. Bundan sonra o, polisə müraciət edib.

Hazırda deputat saxlanılıb. İstintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri