24 
Sen
2021
14:28
206
25
8046
Virtual karabakh

Elbrus dağında baş vermiş faciədən sağ çıxmağı bacarmış alpinistlərin foto və videosu yayılıb

24 Sen, 2021
14:28
8046

Elbrus dağında baş vermiş faciədən sağ çıxmağı bacarmış alpinistlərin foto və videosu yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Elbrus dağına səfərə yollanan qrupun tərkibində 20 nəfər olub. Onlardan beş nəfər əlverişsiz hava şəraiti səbəbindən həlak olublar.

Bu barədə alpinistlərin gəzintisini təşkil edən Denis Alimov məlumat verib.

Axtarış-xilasetmə işləri zamanı sağ qalan 15 nəfərin hamısı xəstəxanaya çatdırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, axtarışlara 40 nəfərə qədər xilasedici cəlb edilib.

Sosial şəbəkələrdə isə həyatda qalmağı bacarmış üç turistin fotosu və çətin hava şəraitində aparılan xilasetmə işinin videosu yayılıb. 

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri