Amerikanın CNN telekanalı Rusiya prezidenti Vladimir Putini CNBC jurnalisti Hedli Qembl haqqında söylədiyi sözlərə görə seksizmdə ittiham edib.
Belə ki, Rusiya Enerji Həftəsi beynəlxalq forumunda çıxışı zamanı Putin Qembli “bir şeyi eşidən və başqa bir şeydən danışan gözəl qadın” adlandırıb.
Məsələ burasındadır ki, amerikalı jurnalist Rusiyanın Avropaya qaz tədarükü ilə bağlı sualı təkrar-təkrar verməkdə davam edib. Rusiya liderinin tam cavabına baxmayaraq, Qembl Rusiyanın hərəkətlərini şantaj adlandırıb.
Eyni zamanda, müsahibədən sonra amerikalı jurnalist “Instagram” hesabında “Kommersant” qəzetinin son sayını “Ən yaxşı bucağım” şərhi ilə paylaşıb və #feminizm həştəqini əlavə edib.
View this post on InstagramQemblin abunəçilərinin çoxu jurnalistin səhnədəki gözəlliyini vurğulayıblar və Rusiya prezidentinin onu gözəl adlandırmasına heyranlıqlarını bildiriblər.
Mənbə: news.ru
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Putin açıqladı: Xəzər dənizinin rəqəmsal modeli yaradılacaq
- Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
- Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi
- Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
- Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"
Digər xəbərlər