18 
Yan
2022
01:53
82
34
2183
Virtual karabakh

Tonqa vulkanında son min ilin ən güclü püskürməsi olub – VİDEO

18 Yan, 2022
01:53
2183

Tonqa vulkanında son min ilin ən güclü püskürməsi olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oklend Universitetinin professoru, vulkanoloq Şeyn Kroninin bildirib ki, Sakit Okeanda Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi bu vulkanın eramızın 1100-cü ilindən bəri ən güclü püskürməsi ola bilər.

Kronin “The Conversation” portalında dərc olunan məqaləsində qeyd edib ki, alimlərin gəldiyi nəticəyə əsasən, böyük püskürmələr təxminən hər min ildən bir baş verir.

“Sonuncu belə püskürmə eramızın 1100-cü ilində baş verib. Bu faktı nəzərə alaraq, yanvarın 15-də baş verən püskürməni də böyük hesab etmək olar. Əvvəlki püskürmələrlə bağlı araşdırmamız göstərir ki, bu, vulkanın min ildə bir dəfə yarada biləcəyi ən güclü partlayışlardan biridir”, - deyə Kronin əlavə edib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri