11 
May
2022
18:06
22
524
4248
Virtual karabakh

Gözü qarşısında anası yandırılan ukraynalı uşaq heç kimə ağlamağa icazə vermir

11 May, 2022
18:06
4248

Gözü qarşısında anası yandırılan ukraynalı uşaq heç kimə ağlamağa icazə vermir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı hərbçilər içərisində 10 yaşlı uşağın da olduğu minik avtomobilinin üstündən zirehli transportyorla keçiblər.

Dəhşətli hadisə Ukraynanın Çerniqov vilayətində baş verib.

Məlumata görə, Andrey Bliznyuk valideynləri və əmisi ilə birlikdə Sofiyevka kəndindən qaçarkən Rusiya hərbi texnikasının karvanına rast gəliblər. Onların maşını heç kimə mane olmasa da, zirehli transportyorlardan biri qəsdən konvoyu tərk edərək minik avtomobilinin üstündən keçib.

“Atam birinci öldü. Amma anam sağ idi, yaralanmamışdı”, - deyə oğlan baş verənləri danışıb.

Uşağın ayaqlarını oturacaq sıxıb. Hərbçilər onu maşından çıxarıb yolun kənarına atıblar. Sonra isə avtomobilin qaz çənini nişan alaraq atəş açıblar. Avtomobil Andreyin gözü qarşısında yanıb və bu müddətdə o, anasının sağ olduğunu bilib.

Uşağı sonradan kənd sakinləri tapıb və babasına xəbər veriblər.

“Saşa onu qucağında apardı, amma o ağlamırdı və nənəsinə də “ağlama” deyirdi”, - deyə şahidlər bildirirlər.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri