25 
May
2022
16:37
55
463
4200
Virtual karabakh

ABŞ-da məktəbdə qətliam törədən gənc nənəsini də öldürübmüş - YENİLƏNİB

25 May, 2022
16:37
4200

ABŞ-da məktəbdə qətliam törədən gənc nənəsini də öldürübmüş - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salvador Ramosla bağlı daha bir dəhşətli fakt ortaya çıxıb.

Belə ki, onun məktəbə silahlı hücum etməzdən əvvəl nənəsini də silahla vurduğu məlum olub. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. 

Həmçinin 18 yaşlı Ramosun qətliam yaratdığı məktəbin yanındakı liseydə şagird olduğu da ortaya çıxıb. 

Məsələ ilə bağlı araşdırmalar davam edir.

09:37

ABŞ-ın Texas ştatında məktəbdə atışma zamanı həlak olanların sayı artıb. 

CNN telekanalının məlumatına görə, 19 məktəbli və iki yaşlı insan həyatını itirib. 

Yuvald polis departamentindən bildirilib ki, hücum edən adamın şəxsiyyəti müəyyənləşib. O, 18 yaşlı Salvador Ramosdur. Məktəb ərazisinə tapança və güman ki, ov tüfəngi ilə daxil olan Ramos polis tərəfindən zərərsizləşdirilib. 

01:03

Texas ştatında məktəbdə atışma nəticəsində azı 14 şagird və bir müəllim ölüb.

Bunu ştatın qubernatoru bildirib. Onun sözlərinə görə, hazırda 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San Antonio şəhərindəki xəstəxanaya çatdırılıb.

Bundan əlavə, 45 yaşlı bir şəxs də güllə yarası alıb.

00:20

ABŞ-ın Texas ştatının Uvalde şəhərindəki Robb ibtidai məktəbində atışma baş verib.

Məlumata görə, atəş açan şəxs artıq saxlanılıb. O, məktəbdə barrikada qurub. Şagirdlər və əməkdaşlar təxliyə edilib.

Hadisə zamanı iki uşaq ölüb, ondan çox şəxs isə yaralanıb.

Məktəbdə 600-ə yaxın uşağın təhsil aldığı bildirlib. Hadisə ilə əlaqədar ərazidəki digər məktəblər bağlanıb.

Qeyd edək ki, Uvalde San Antoniodan 140 km qərbdə və Ostindən 235 km cənub-qərbdə, Meksika ilə sərhəddə yerləşir.

Mənbə: rbc.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri