Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nensi Pelosinin Tayvana rəsmi səfəri başlayıb - YENİLƏNİB + FOTO/VİDEO
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taypey şəhərinin hava limanına enib.
Onu yerli və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları müşayiət edib. Pelosinin ada rəhbərliyi görüşü və parlamentdə çıxışı planlaşdırılır.
Bu arada xarici KİV-də Tayvan boğazında Tayvan və Çin hava qüvvələri arasında hava döyüşünün baş verdiyi barədə məlumat yayılıb.
Mənbə: İnterfaks
18:32
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.
Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar ABŞ rəsmisinin təyyarəsini müşayiət edir.
Həmçinin bu məqsədlə Okinavadakı Amerika bazasından səkkiz F15 qırıcısının da qaldırıldığı bildirilir.
Siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Bu arada, Tayvan televiziyası ölkədə döyüş hazırlığının ikinci səviyyəsinin tətbiqi barədə məlumat yayıb.
Bununla yanaşı, Çin Hərbi Hava Qüvvələri də Su-35 qırıcılarını Tayvan boğazına göndərib.
Mənbə: “TASS”
17:54
Tayvanın Taybey şəhərinin mərkəzində, insanların sıx olduğu küçədə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərini alqışlayan nəhəng işıqlı (LED) plakat peyda olub.
Bu barədə “Sanli” telekanalı məlumat yayıb.
Elektron ekranda siyasətçinin portreti, həmçinin Çin və ingilis dillərində “Tayvana xoş gəlmisiniz, spiker Pelosi!” sözləri təsvir olunub.
Məlum olub ki, belə bir qarşılanma jesti Taybey Şəhər Şurasının deputatı, Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının üzvü Van Minşenə məxsusdur. Bildirilir ki, o, bu məqsədlə öz vəsaiti hesabına üç gün müddətinə ticarət binasında bu ekranı icarəyə götürüb.
Rəsmi olaraq, adanın hakimiyyət orqanları hələ ki Pelosinin səfər planlarını təsdiqləməyib.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər