27 
Avq
2022
01:26
106
28
2882
Virtual karabakh

Britaniya tarixində bir ilk: II Elizabetə məxfi plan təqdim edildi

27 Avq, 2022
01:26
2882

Britaniya tarixində bir ilk: II Elizabetə məxfi plan təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kraliçası II Elizabetə yeni baş nazirin təyini ilə bağlı məxfi plan tərtib edilib. Belə ki, o hökumət başçısını ilk dəfə Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin edəcək. Buna səbəb onun səhhətindəki problemlər göstərilib: 96 yaşlı monarxa Londona getməmək tövsiyə olunub.

“Kraliçanın 48 saatlıq səfər üçün min mil irəli-geri səyahət etməsi yaxşı seçim deyil, hansı ki, baş nazirin  özü asanlıqla Balmorala gələ bilər”, - deyə mənbədən bildirilib.

Məlumata görə, yeni baş naziri II Elizabetin özü təyin edəcək, oğlu Şahzadə Çarlza həvalə etməyəcək.

Xatırladaq ki, baş nazir Boris Conson Mühafizəkarlar Partiyasındakı protegesi Kristofer Pinçerlə qalmaqal fonunda iyulun 7-də Britaniya parlamentinin rəhbəri vəzifəsindən istefa verdi. Varis seçilənə qədər o, hökumət başçısı vəzifəsini icra edir. Britaniyanın baş nazirliyinə namizədlər arasında xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak var.

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri